Kirpi Sonic Watch Free Without Membership Streaming Torrents
▼▼▼▼▼▼▼▼
⇪⇪⇪⇪⇪⇪⇪⇪
Resume: A cop in the rural town of Green Hills will help Sonic escape from the government who is looking to capture him
Writer: Naoto Ohshima
Cast: Adam Pally, Jim Carrey
genres: Family
Production Notes from IMDbPro Status: Completed, See complete list of in-production titles » Updated: 27 November 2019 More Info: See more production information about this title on IMDbPro. Learn more More Like This Adventure Comedy Drama 1 2 3 4 5 6 7 8 9 10 6. 3 / 10 X The romantic tale of a sheltered uptown Cocker Spaniel dog and a streetwise downtown Mutt. Director: Charlie Bean Stars: Tessa Thompson, Justin Theroux, Sam Elliott Animation 7. 5 / 10 When the newly crowned Queen Elsa accidentally uses her power to turn things into ice to curse her home in infinite winter, her sister Anna teams up with a mountain man, his playful reindeer, and a snowman to change the weather condition. Directors: Chris Buck, Jennifer Lee Kristen Bell, Idina Menzel, Jonathan Groff Short Action 5. 6 / 10 A secret agent labradoodle is recruited into a task force called T. U. F. F and fights injustice throughout the city in which he lives. Grey Griffin, Daran Norris, Jerry Trainor 6. 1 / 10 A slight malfunction causes Chaos Control, and sends Sonic the Hedgehog to Earth. While there, Sonic meets Chris Thorndyke, who aids at collecting the Chaos Emeralds, so Sonic and friends can go home. Jun'ichi Kanemaru, Sanae Kobayashi, Jason Griffith Family Fantasy 6. 7 / 10 Maleficent and her goddaughter Aurora begin to question the complex family ties that bind them as they are pulled in different directions by impending nuptials, unexpected allies, and dark new forces at play. Joachim Rønning Angelina Jolie, Elle Fanning, Harris Dickinson 7. 2 / 10 Anna, Elsa, Kristoff, Olaf and Sven leave Arendelle to travel to an ancient, autumn-bound forest of an enchanted land. They set out to find the origin of Elsa's powers in order to save their kingdom. Josh Gad 7 / 10 After the murder of his father, a young lion prince flees his kingdom only to learn the true meaning of responsibility and bravery. Jon Favreau Donald Glover, Beyoncé, Seth Rogen 8. 2 / 10 A simple act of kindness always sparks another, even in a frozen, faraway place. When Smeerensburg's new postman, Jesper, befriends toymaker Klaus, their gifts melt an age-old feud and deliver a sleigh full of holiday traditions. Sergio Pablos, Carlos Martínez López Jason Schwartzman, J. K. Simmons, Rashida Jones 7. 1 / 10 23 years after the original Sonic the Hedgehog video game, fast, handsome, and arrogant hero Sonic continues to fight his arch nemesis, Dr. Eggman. Along with Tails, Knuckles, Amy, and a new recruit named Sticks. Roger Craig Smith, Cindy Robinson, Colleen O'Shaughnessey A physician discovers that he can talk to animals. Stephen Gaghan Robert Downey Jr., Antonio Banderas, Michael Sheen 6. 6 / 10 An outlaw cat, his childhood egg-friend and a seductive thief kitty set out in search for the eggs of the fabled Golden Goose to clear his name, restore his lost honor and regain the trust of his mother and town. Chris Miller Salma Hayek, Zach Galifianakis Scooby and the gang face their most challenging mystery ever: a plot to unleash the ghost dog Cerberus upon the world. As they race to stop this dogpocalypse, the gang discovers that Scooby has an epic destiny greater than anyone imagined. Tony Cervone Mckenna Grace, Mark Wahlberg, Zac Efron Edit Storyline Based on the global blockbuster videogame franchise from Sega, SONIC THE HEDGEHOG tells the story of the world's speediest hedgehog as he embraces his new home on Earth. In this live-action adventure comedy, Sonic and his new best friend Tom (James Marsden) team up to defend the planet from the evil genius Dr. Robotnik (Jim Carrey) and his plans for world domination. The family-friendly film also stars Tika Sumpter and Ben Schwartz as the voice of Sonic. Written by Paramount Pictures Plot Summary Add Synopsis Taglines: Speed is his second name See more » Motion Picture Rating ( MPAA) Rated PG for action, some violence, rude humor and brief mild language. See all certifications » Details Release Date: 14 February 2020 (USA) Also Known As: Sonic the Hedgehog Box Office Budget: 90, 000, 000 (estimated) See more on IMDbPro » Company Credits Technical Specs See full technical specs » Did You Know? Trivia Ben Schwartz (voice of Sonic in this film) and Jason Griffith (voice of Sonic in the games from 2005-2010 as well as the English Dub of the Anime Sonic X (2003) both voiced versions of Leonardo of the Teenage Mutant Ninja Turtles clan, another character associated with the colour blue. Schwartz voiced him in the Nickelodeon series Rise of the Teenage Mutant Ninja Turtles (2018) and Griffith voiced his Mirage Comics counterpart in the 4Kids TV film Turtles Forever (2009. See more » Quotes Sonic the Hedgehog: Where am I? What year is it? Is The Rock president? See more » Crazy Credits The stars in the Paramount logo are replaced with rings. See more » Soundtracks Green Hill Zone Written by Masato Nakamura See more » Frequently Asked Questions See more ».
Kirpi Sonik " Sonic the Hedgehog " personajı 2019-cu ildəki Kirpi Sonik dizaynı. Team Sonic Racing " video oyunu. İlk görünmə " Rad Mobile. kameo, 1991. Sonic the Hedgehog. 1991) Yaradan Yuci Naka Naoto Oşima [1] Hirokazu Yasuhara Yuci Uekava [2] Səsləndirən İngiliscə 1 Meq İnqlima ( Sonic's Schoolhouse) 2 Cəlil Uayt (1993–1999) 3 Martin Börk (1999) 3] 4 Rayan Drammond (1998–2004) 4] 5 Ceyson Qriffit (2003–2010) 5] 6 Rocer Kreyq Smit (2010– h. h. 6] 7 Ben Şvarts (2019) 7] Yaponca 1 Takeşi Kusao ( SegaSonic the Hedgehog) 8] 2 Keyko Utoku ( Sonic the Hedgehog CD) 9] 3 Cuniçi Kanemaru (1998– h. ) Digər 1 Aleksandr Jilet ( fransız, 2011– h. 10] 2 Renato Novara ( italyan, 2011– h. 11] 3 Mark Staxel ( alman, 2011– h. 12] 4 Yonatan Lopes ( ispan, 2011– h. 5 Manolo Rey ( portuqal, 2004– h. 13] Yaş 15 [14] Boy 100 centimetr (3. 3 ft) 15] Çəki 35 kiloqram (77 lb) 15] Rəngi Göy Göz Yaşıl (orijinalı qara) Kainat-daxili məlumatlar Tam adı Kirpi Ocilvi Moris ( ing. Ogilvie Maurice the Hedgehog) Ləqəb(lər)i Böyük göy ( ing. Big Blue) Göy ləkə ( ing. Blue Blur) Göy hoqqabaz ( ing. Blue Buffoon) Göy kirpi ( ing. Blue Hedgehog) Göy siçan ( ing. Blue Rat) Göy külək ( ing. Blue Wind) Saxtaçı ( ing. Faker) İblisi oyandıran ( ing. Iblis Trigger) Kiçik göy xilaskar ( ing. Little Blue Savior) Kirpi Neyv ( ing. Knave the Hedgehog) Müasir Sonik ( ing. Modern Sonic) Nişan yastığı ( ing. Pin cushion) Külək cəngavəri Ser Sonik ( ing. Sir Sonic, Knight of the Wind) Külək şeytanı ( ing. Speed Demon) Canlı olan ən sürətli şey ( ing. The Fastest Thing Alive) Əfsanəvi göy kirpi ( ing. The Legendary Blue Hedgehog) Dünyanın ən sürətli kirpisi ( ing. World's Fastest Hedgehog) Növü Kirpi Cinsi Kişi Ailə Kirpi Culs (atası) Kraliça Kirpi Alina (anası) Kirpi Çarlz (babası) Kirpi Menik (qardaşı) Kirpi Sonya (bacısı) Emi Rouz (sevgilisi) Kirpi Menik (oğlu) Kirpi Sonik ( ソニック・ザ・ヘッジホッグ Sonikku za Hejjihoggu? ing. Sonic the Hedgehog) — " Sega " şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi " Sonic the Hedgehog " video oyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris ( オグルヴィモーリスザヘッジホッグ Oguruvu Imōrisu za Hejjihoggu? ing. Ogilvie Maurice the Hedgehog. Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpi dir. Buna görə o, Sonik ( ソニック Sonikku? ing. Sonic) mənası – azərb. Səs sürəti ) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir. Kirpi Sonikin yaradımasında " Sega " şirkətindəki bir çox şəxsin səyi olsa da, proqramçı Yuci Naka və rəssam Naoto Oşima personajların əsas müəllifləri hesab edilirlər. [16] Orijinal " Sonic the Hedgehog " video oyunu "Sega" şirkətini " Nintendo " şirkətinin flaqman personajı olan Mario nun rəqibi olacaq və Aleks Kidd ( ing. Alex Kidd) personajını əvəzləyəcək bir talisman ilə təmin etmək üçün 1991-ci ilin iyun ayında satışa çıxarılmışdır. [17] 18] Kirpi Sonik " Sonic Adventure. 1998) video oyunu üçün Yuci Uekava tərəfindən yenidən dizayn edilmişdir. Bu dizayn dəyişikliyi ilə Kirpi Sonik daha yetkin bir xarici görünüş əldə etmişdir. Kirpi Sonik dünyanın ən tanınmış video oyun personajlarından birinə çevrilmişdir. 2014-cü ilin noyabr ayında əldə edilən statistik məlumatlara əsasən, onun şərəfinə adlanan video oyunlar cəmi 150. 000. 000 nüsxə satmışdır. [19] a] 2005-ci ildə Kirpi Sonik, Mario və Link Oyun xiyabanı na əlavə edilən ilk video oyun personajları idi. Video oyunlara əlavə olaraq, o, komikslər, kitablar, cizgi filmlər və bir anime filmi nin protaqonistidir. [25] 26] 27] Xarakteristikası [ redaktə, əsas redaktə] 1991-ci ildən 1998-ci ilə qədər müxtəlif medialarda nümayiş olunmuş Kirpi Sonik dizaynı (Klassik Sonik. Kirpi Sonikin əsl yaşı, çəkisi, boyu və dizaynı kimi fiziki əlamətləri vaxtilə dəyişmişdir. Orijinal olaraq, video oyunlarda Naoto Oşima nın hazırladığı dizayndan istifadə edirdi. Bu dizaynda kirpinin xarici görünüşü "uşaq" kimi idi. Onun iynələri qısa, bədəni dairəvi və göz qişası yox idi. 1998-ci ildə " Sonic Adventure " video oyununun satışa çıxarılmasıyla Kirpi Sonikin imici Yuci Uekava tərəfindən yenidən işlənmişdir. Onun dizaynı ilə personaja uzun ayaqlar və daha az dairəvi olan bir bədən verilmişdir. Bu isə onu daha hündür görsənməyinə səbəb olmuşdur. Buna əlavə olaraq, Kirpi Sonikin iynələrinin uzunluğu artırılmış, göz qişası isə yaşıl rəngdə verilmişdir. Bundan başqa 2006-cı ildə " Sonic the Hedgehog " video oyununun satışa çıxarılmasıyla personajın xarici görünüşünə dəyişikiklər əlavə edilmişdir. O daha arıq və uzun olmuş, iynələri və xəzi isə daha açıq bir rəngdə verilmişdir. Dizaynların bütün variantlarında Sonik üzərində ağ rəngli bir halqa olan bir cüt qırmızı rəngli altı rezin ayaqqabı və ağ rəngli bir əlcək geyinir. Sonikin komikslər və cizgi filmlər kimi adaptasiyalarında video oyunlarda nümayiş edilən dizaynlardan istifadə edilmişdir. Hal-hazırda personajın boyu – 100 centimetr (3. 3 ft) çəkisi isə – 35 kiloqram (77 lb. 15] Archie Comics " publikasiyası tərəfindən nəşr edilən komikslərin süjetlərinə əsasən, Sonik uydurma Mobius planetində, Kirpi Culs və Kirpi Bernadettin ailəsində anadan olmuşdur. [28] 29] b] İlk vaxtlarda onun xəzinin rəngi qəhvəyi idi. [31] Bir gün, Kirpi Sonik Doktor Ovi Kintoborun ( オビキントボール博士 Dokutā Obi Kintobōru? ing. Doctor Ovi Kintobor) gizli yeraltı laboratoriyasını kəşf edir. O, Xaos Zümrüdləri adlanan sehrli daşların köməyi ilə planeti pisniyyətli varlıqlardan qorumaq istəyirdi. Kintobor və Sonik çox keçmədən dostlaşırlar. Kintoborun xüsusi qaçış xalçası ilə Sonik qaçış sürətini artırır və bir gün o, səs sürəti ndən daha sürətli olur. Buna görə də onun xəzinin rəngi göy olur. Bu hadisədən bir gün sonra Kintoboru pisniyyətli Doktor Ayvo Robotnik ( ドクター・ロボトニック Dokutā Robotonikku? ing. Doctor Ivo Robotnik) adlı pisniyyətli bir alimə çevirən bir hadisə gerçəkləşir. Onun arzusu bütün Mobiusun hökmdarı olmaq idi. [32] Sonik ən sürətli video oyun personajıdır. [33] O, özünün qurduğu qaydalar ilə yaşayır, azadlıq və macəraları sevir, kiminsə ona təzyiq göstərməsindən nifrət edir. [14] Sakin bir təbiətə malik olmasına baxmayaraq, Sonik hadisələr yavaşca inkişaf edəndə bədhövsələliklə və səbirsizcəsinə davranır. [34] Kirpi Sonik həmişə öz planlarını əvvəlcədən hazırlayır və tapşırıqlarını riskli bir addım atmaqdan qorxmayaraq yerinə yetirir. Buna görə də dostları ona hörmət edir. [14] Onun yaxın dostu və yoldaşı – Tülkü Teylz ( テイルス Teirusu? ing. Tails. O, baş qəhrəmana həmişə kömək edir. [35] Sonikin digər ən yaxın dostu – Yexidna Naklz ( ナックルズ・ザ・エキドゥナ Nakkuruzu za Ekiduna? ing. Knuckles the Echidna. Yexidna Naklzın sərt və ciddi təbiətinə görə bu dostluq bəzən rəqabətə çevrilir. [36] Kirpi Emi Rouz ( エミー・ローズ Emī Rōzu? ing. Amy Rose) Kirpi Sonikə aşiqdir, fəqət Kirpi Sonik Emi Rouzun hisslərindən utandığına və qorxduğuna görə ona qarşılıqlı bir cavab vermir. [37] Bütün video oyunların, komikslərin və cizgi filmlərin süjetlərində Kirpi Sonikin əsas düşməni – Doktor Eqqman ( ドクター・エッグマン Dokutā Egguman? ing. Doctor Eggman. O tez-tez döyüşçü robotlar və dünyanı fəth etmək barədə planlar hazırlayır, amma baş qəhrəman hər kəsi alimin pis niyyətlərindən xilas edir. [38] Video oyunlarda Kirpi Sonik düşmənlərini məğlub etmək üçün hündürə tullana və top formasına burula bilir. "Spin dash" üsulundan istifadə edərək Kirpi Sonik əvvəl yerində sürətlənərək rəqiblərinə hücum etmək üçün top formasına burulur və yüksək sürətlə irəliləyir. [39] Homing attack" üsulu ilə o, düşmənlərinə hündürə tullanaraq hücum edir. [40] O, üzə bilmədiyindən suyu xoşlamır. [41] Kirpi Sonik personajı üçün böyük bir əhəmiyyət daşıyan qızıl halqalar onu düşmənə qarşı müdafiə edir. [42] Xaos Zümrüdlərinin hamısı topladıqdan sonra baş qəhrəman öz super-forması olan Super Sonikə çevrilir. [43] Bu formada ikən onun xəzinin rəngi sarı, gözünü rəngi qırmızı olur və onun iynələri dik durur. Nümayişolunma tarixi [ redaktə, əsas redaktə] Video oyunlarda [ redaktə, əsas redaktə] Kirpi Sonik video oyun personajı olaraq ilk dəfə 1991-ci ilin fevral ayında Yaponiyada satışa çıxarılan " Rad Mobile " video oyununda kameo olaraq nümayiş olunmuşdur. [44] Bundan sonra o, ona həsr olunmuş eyniadlı video oyun da nümayiş olunmuşdur ki, bu video oyun 1991-ci ilin iyun ayında Mega Drive/Genesis konsolu üçün satışa çıxarılmışdır. Bu epizodda Kirpi Sonik və baş düşməni Doktor Eqqman ilk dəfə qarşı-qarşıya idilər. [45] İlk epizodda Kirpi Sonik antaqonist və robotları ilə tək başına vuruşur, ancaq " Sonic the Hedgehog 2 " video oyununda Kirpi Sonikin yardımına Tülkü Teylz gəlir. Sonic CD " video oyununda baş qəhrəman Emi Rouz la tanış olur. [46. Sonic the Hedgehog 3 " və " Sonic & Knuckles " video oyunlarında Kirpi Sonik düşmənlərlə Yexidna Naklz la birlikdə vuruşur və onunla dostlaşır. [47] Əsas süjet xəttinin davamı olan " Sonic the Hedgehog 4: Episode I " video oyununda Kirpi Sonik yenə tək başına olur, 40] ancaq oyunun ikinci hissəsi olan " Sonic the Hedgehog 4: Episode II " video oyununda Tülkü Teylz ona qoşulur. [48] Bu video oyunlar " Sonic the Hedgehog " seriyasının əsas epizodlarıdırlar. Kirpi Sonik 1991-ci ildə satışa çıxarılan " Sonic the Hedgehog " video oyununun 8-bit versiyasından başlayaraq " Sonic the Hedgehog " seriyasının bütün epizodlarında nümayiş olunur. [49] 50] 51] 52] Sonic Adventure " video oyunu " Sonic the Hedgehog " seriyasının ilk əsas epizodudur. Bu video oyun seriyanın üçölçülü qrafikalar dan istifadə edən ilk epizodudur. [53] Video oyunun süjetində Kirpi Sonik və dostları Doktor Eqqman tərəfindən Əsas Xaos Zümrüdündən sərbəst buraxılmış Xaos bədheybəti ilə vuruşmalı olurlar. Pisniyyətli alim onu özündən asılı vəziyyətə salmaq istəyir ki, onun dağıdıcı gücündən istifadə edərək bütün Xaos Zümrüdləri toplasın və Vağzal meydanını (Station Square) ələ keçirsin. [54] Oyunun xronoloji davamı olan " Sonic Adventure 2 " video oyununda Kirpi Sonik və Doktor Eqqman dünyanı qlobal və militarist bir təşkilat olan Millətlərin Keşikçi Vahidlərindən ( MKV; ing. Guardian Units of Nations, G. U. N. xilas etmək üçün çiyin-çiyinə vuruşurlar. [55] Buna baxmayaraq, seriyanın növbəti epizodu olan " Sonic Heroes " video oyununda Doktor Eqqman yenə də dünyanı fəth etmək arzusunda olur, Kirpi Sonik və dostları isə onun bu arzularını gerçəkləşdirməyinə imkan vermir. [56] 2006-cı ildə satışa çıxarılan " Sonic the Hedgehog " video oyununda protaqonist Soleanna şəhərinin şahzadəsini xilas edir. [57] O. Sonic Unleashed " video oyununda Dark Qayya (Dark Gaia) tərəfindən məhv edilən planeti bərpasında iştirak edir. [58. Sonic Colors " video oyununda Kirpi Sonik kosmos mövzulu bir əyləncə mərkəzində olarkən visplər olaraq bilinən kiçik məxluqları xilas edir. [59. Sonic Generations " video oyununda Kirpi Sonik özünün "klassik" versiyası ilə tanış olur. [60. Sonic Lost World " video oyununun əsas süjeti Unudulmuş Heks (Lost Hex) adlı uydurma bir planetdə cərəyan edir. [61] Burada Kirpi Sonik Ölümcül Altılıq (Deadly Six) adlı məxluqlardan ibarət bir qrup ilə üz-üzə gəlir. [62] Kirpi Sonik " Sonic the Hedgehog " seriyasının əsas epizodlarına əlavə olaraq, avtosimulyator, faytinq, Yaponiya rol oyunu janrlarında hazırlanmış video oyunlarda da nümayiş olunub. Sonic Storybook " adlı ayrı bir video oyun seriyası var. Bu seriyanın epizodlarının əsas süjetləri " Min bir gecə " nağılları və " Kral Artur " əfsanəsinin dünyalarında cərəyan edir. [63] 64. Dr. Robotniks Mean Bean Machine. Knuckles Chaotix. Tails Skypatrol. Tails Adventure " və " Shadow the Hedgehog " kimi video oyunlar seriyanın personajlarına həsr olunublar. Bu epizodlarda Kirpi Sonik əsas süjetdə ya heç nümayiş olunmayıb, ya da ki, əsasən kameo formasında nümayiş olunub. Kirpi Sonik başqa video oyun seriyalarında da nümayiş olunub. Nights into Dreams… " video oyununun " Christmas Nights into Dreams " buraxılışıda oyunçular Kirpi Soniki idarə edərək Doktor Eqqman la vuruşa bilərlər. [65] 66. Samba de Amigo" video oyununda oyunçular məşhur " Green Hill " səviyyəsində ritmlə rəqs edə bilərlər. [67] Personaj " Super Smash Bros. Brawl " krossoverlərində də nümayiş olunub. [68] 69] Əlavə olaraq, Kirpi Sonik " Sega Superstars " və " Mario & Sonic " video oyun seriyalarının bütün epizodlarında protaqonist kimi nümayiş olunub. [70] 71] 72] 73] 74] 75] Animasiyalarda [ redaktə, əsas redaktə] Sonik Bum " cizgi serialının loqotipi (2014-cü il. Kirpi Sonik personajına həsr olunmuş ilk üç cizgi serial hal-hazırda müflisləşmiş olan " DiC Entertainment " beynəlxalq kino və telelviziya istehsal şirkəti tərəfindən hazırlanmışdır. Bu cizgi seriallarının birincisi olan " Kirpi Sonikin macəraları " cizgi serialının premyerası 1993-cü ildə gerçəkləşmişdir. [76] Cizgi serialın epizodlarının süjetləri pisniyyətli alim Ayvo Robotnik və onun robotlarına qarşı çıxan Kirpi Sonik və dostu Tülkü Teylz in macəralarından bəhs edir. Həmin il Kirpi Sonikə həsr olunmuş başqa bir cizgi serial olan " Kirpi Sonik " yayımlanmağa başlamışdır. Bu cizgi serialların ikisinin də süjetləri Mobius planetində cərəyan edir. Alim Ayvo Robotnik Mobotropolis şəhərinə daxil olur və robotlardan ibarət ordusunun köməyi ilə oranı ələ keçirir. Şəhərin bütün sakinləri ona tabe olur, ancaq şəhərdən qaçanlar Doktor Eqqmanı devirmək üçün Azadlıq Döyüşçüləri ( ing. Freedom Fighters) qrupunu təsis edirlər. [77] Kirpi Sonik də bu qrupun bir üzvü olur. Üçüncü cizgi serial olan " Sonik Anderqraund " 1999-cu ildə yayımlanmağa başlamışdır. Cizgi serial Kirpi Sonikin, eləcə də onun bacısı Kirpi Sonya və qardaşı Kirpi Menikin macəralarından bəhs edirdi. [78] Yaponiya studiyaları da Kirpi Soniklə əlaqədar bir neçə layihələr üzərində işləyiblər. 1996-cı ildə tammetrajlı anime filmi olan " Sonic the Hedgehog: The Movie " OVA -sının premyerası gerçəkləşmişdir. [79] 1999-cu ilin sentyabr ayında bu OVA ABŞ -da " ADV Films " tərəfindən lisenziyalaşdırılmışdır. [80] Əlavə olaraq, 2003-cü ildən 2004-cü ilə qədər 78 epizodluq " Sonic X " serialı yayımlanmışdır. [81. TMS Entertainment " tərəfindən hazırlanmış bu anime serialı " Sonic the Hedgehog " video oyun seriyasının epizodlarına əsaslanırdı. [82] Yaponiya hazırlanmış və personaja həsr olunmuş ən son animasiya qısametrajlı " Sonic: Night of the Werehog " idi. 2006-cı ildə satışa çıxarılan " Sonic Unleashed " video oyununa əsaslanan bu cizgi filmdə Sonik və yeni dostu Çip ( チップ Chippu? ing. Chip) ruhların tez-tez baş çəkdiyi bir evdə qalırlar. [83] 2014-cü ildə " Sonik Bum " adlı bir cizgi serialının premyerası reallaşmışdır. [84] Burada süjet xətti " Sonic the Hedgehog " video oyun seriyasından fərqli bir kainatda, alternativ bir kainatda cərəyan edir. Cizgi serialın hər bir epizosu Kirpi Sonik, Tülkü Teylz, Yexidna Naklz, Emi Rouz və Porsuq Stiks in iştirakı ilə fərqli bir hekayədən bəhs edirdi. Bu personajlar hər bir epizodda Doktor Eqqmanın pisniyyətli planlarına qarşı çıxırlar. [85] Kirpi Sonik premyerası 2012-ci ildə gerçəkləşən " Dağıdıcı Ralf " və onun davamı " Ralf interneti qırır. Disney " filmindəki personajlardan biri idi. [86] Bu filmə əlavə olaraq, o. Simpsonlar " cizgi serialının bir neçə seriyasında epizodik rol oynamışdır. [87] 88] 10 iyun 2014-cü ildə " Sonic the Hedgehog " video oyun seriyasına əsaslanan eyniadlı bir film in çəkiləcəyi açıqlanmışdır. Film Ceff Fouler in rejissorluğu, Evan Sasser, Van Robişo, Patrik Keysi, Coş Miller və Oren Uzielin ssenaristliyi, Nil Morits in prodüsserliyi, Takeşi İtonun, Miye Onişi və Tobi Aşerin icraçı prodüsserliyi ilə " Original Film " studiyası tərəfindən çəkilir. [89] 90] Filmin istehsalında " Paramount Animation. Original Film. Sega. Blur Studio " və " Marza Animation Planet " birlikdə iştirak edirlər. Filmdə Kirpi Sonik personajını Ben Şvarts səsləndirir. [7] Filmin premyerası 8 noyabr 2019-cu il tarixində gerçəkləşəcək. [91] Çap məhsullarında [ redaktə, əsas redaktə] Sonic the Comic " komiks seriyasınınn 122-ci buraxılışının üzlüyü (1997-ci il. 1993-cü ildən 2002-ci ilə qədər Böyük Britaniya nəşrçisi " Fleetway Editions " tərəfindən " Sonic the Comic " adlı komiks seriyası nəşr edilmişdir. Komiks seriyasının süjetinə əsasən, Mobius planetində bir hadisə baş verir və bu hadisə nəticəsində alim Kintobor pisniyyətli Doktor Ayvo Robotnikə çevrilir. Bu hadisədən sonra o, robotlardan ibarət bir ordu hazırlayır və onların dəstəyi ilə bütün planeti fəth edir. Kirpi Sonik və dostları Doktor Eqqmanı devirmək üçün Azadlıq döyüşçüləri ( ing. Freedom Fighters) adlı bir qrup təsis edir. 2003-cü ilin may ayında komiks seriyasının " Sonic the Comic Online. adlı qeyri-rəsmi bir sikvelin ilk nömrəsi yayımlanmışdır. [92] Bu komiks seriyası orijinal komikslərin azarkeşləri tərəfindən hazırlanırdı və internet də yayımlanırdı. Orijinal komikslərin bəzi rəssam və yazıçıları da bu layihədə iştirak etmişdir. [93] 1993-cü ildən 2017-ci ilə qədər ABŞ nəşrçisi " Archie Comics " tərəfindən " Sonic the Hedgehog " adlı komiks jurnalları nəşr edilmişdir. [94. Sonic the Comic " komiks seriyasında olduğu kimi burada da baş qəhrəman Kirpi Sonik Azadlıq döyüşçülərinin ( ing. Freedom Fighters) rəhbəridir. Orijinal süjet xəttlərinə əlavə olaraq, bu komikslərdəki hekayələr " Sonic the Hedgehog " seriyasının bir parçası olan video oyun və cizgi filmlərdən bəzi süjet elementlərini də mənimsəmişdir. 2008-ci ildə "Archie Comics" tərəfindən nəşr edilən bu komiks jurnalları "bir video oyunun təməlində yaradılmış ən uzun komiks seriyası" olaraq Ginnesin Rekordlar Kitabı nın video oyun buraxılışına girmişdir. [95] Müxtəlif vaxtlarda "Archie Comics" qrafik romanlar da nəşr etmişdir. Bunlar. Knuckles the Echidna. Sonic X " və " Sonic Universe. 96] 1993-cü ildə Böyük Britaniya nəşrçisi " Virgin Publishing " tərəfindən Kirpi Sonikə həsr olunmuş dörd roman nəşr olunmuşdur. Bu romanlar " Sonic the Comic " komiks seriyasının süjetindən əvvəl baş vermiş hadisələrdən bəhs edir. [97] 1987-ci ildə satışa çıxarılmış orijinal " Final Fantasy " video oyununun ssenaristi Kenci Terada və rəssam Sanqa Norimoto Kirpi bir manqa yaratmışdır ki, burada Kirpi Sonikə çevrilə bilən Niki Parlauser adlı başqa bir kirpidən bəhs edilir. [25] 1992-ci ildən 1993-cü ilə qədər bu manqaya əsaslanan " Shogaku Ninensei " adlı bir elmi komiks kitabı da nəşr edilmişdir. Bu komiks " Shogakukan no Gakushuuzasshi " jurnalının bir hissəsi idi. Manqanın süjetinə görə, Kirpi Nikki anası Brenda, atası Poli və bacısı Anita ilə birlikdə bir evdə yaşayır. Dəcəl Anton Beruka onun bacısını oğurlayır. Kirpi Niki bacısını xilas etməyə çalışsa da dəcəl onu yerə yığır və oradan qaçır. Əsəbiləşmiş Kirpi Niki öz zəifliyinə görə gileylənir, amma gözlənilməz bir halda Kirpi Sonikə çevrilir və bacısını xilas edir. [98] İdeya və yaradılma [ redaktə, əsas redaktə] Kirpi Soniki təsvir edən ilkin eskizlər. Bu dövrdə o, Mister Harinecumi (Nidlmaus) adlanırdı. 1990-cı ilin aprel ayında " Sega. AM8 " komandasından " Nintento " şirkətinin " Mario " video oyun seriyasıyla rəqabət apara biləcək bir video oyun hazırlamağı tapşırdı. Bu komanda ilk vaxtlarda sadəcə yeddi nəfərdən ibarət idi və daha sonra " Sonic Team " adlandırılmışdır. [99] Əlavə olaraq. Sega " şirkəti komandadan şirkətin talismanı olan Aleks Kidd i əvəzləyəcək bir personaj yaratmaqlarını da istəmişdi. [100] 101] Şirkətin idarə heyəti Mikki Maus kimi məşhur bir personaj görmək istəyirdilər. Rəssamlar gələcək talisman üçün müxtəlif konsepsiyalar hazırlamışdılar. Onlar arasında uça bilən bir sincab, dövşan, armadil, kirpi, ABŞ Prezidenti Teodor Ruzvelt in bir oxşarı və başqaları var idi. [1] Axırda, istehsalçılar Naoto Oşima tərəfindən dizayn edilmiş Mister Harinecumi ( ミスターハリネズミ Misutā Harinezumi? azərb. Mister Kirpi . ABŞ və Avropa da Mister Nidlmaus, ing. Mister Needlemouse) adlı bir kirpini seçdilər. Müəlliflər daha sonra onun adını Kirpi Sonik olaraq dəyişdirdilər. Naoto Oşima personajın imicini hazırlayarkən Pişik Feliks və Mikki Maus dan ilhamlanmışdı. [102] Personajın xəzinin rəngi " Sega " şirkətinin loqotipinin əsas rənginin şərəfinə götürülmüşdü. [103] Kirpi Sonikin ayaqqabıları Maykl Cekson un ayaqqabılarına bənzər bir şəkildə çəkilmişdi. Onun ayaqqabılarındakı qırmızı rəng Şaxta Baba nın geyiminin rəngindən və Maykl Ceksonun " Bad " adlı sinqlının rənginin əksindən götürülmüşdü. [104] 105] 106] Personajın xasiyyəti gələcək ABŞ Prezidenti Bill Klinton un optimist rəftarından bəhs edən bir raporta əsaslanmışdı. [106] Proqramçı Yuci Naka " Sonic the Hedgehog " video oyununu yaradarkən boruda hərəkəti asanlaşdıran bir alqoritm hazırlamışdır. [107] Bu alqoritmə görə Naoto Oşima və geymdizayner Hirokazu Yasuhara personajın xarici görünüşünə bəzi kiçik dəyişikliklər əlavə etmişdi. [108] Əlavə olaraq. AM8 " komandasının üzvləri Kirpi Sonikin sürətli olmasını istəyirdilər. [101] Bununla onlar səviyyələri sürətli bir şəkildə bitirmək istəyən təcrübəli oyunçuları özlərinə cəlb edəcəkdilər. Yaradılan personajın üzgüçülük bacarıqları yox idi. Buna görə də o, suya düşdüyü anda ölürdü. Buna səbəb Yuci Nakanın kirpilər in real həyatda suda hərəkət edə bilmədiklərinə inanması idi. [41] Video oyunun musiqisi " Dreams Come True " pop musiqi qrupunun üzvü Masato Nakamura tərəfindən bəstələnmişdi. Kirpi Sonik personajının şəkli bu qrupun növbəti qastrol səfəri zamanı avtobuslarında və afişalarında verilmişdi, ancaq bu dizayn " Sega " tərəfindən təsdiqlənməmişdi. [109] Hərçənd, Kirpi Sonikin dişlər i iti olacaqdı və köpək dişinə bənzəyəcəkdi, lakin dizaynerlər Kirpi Sonikin xarici görünüşünü daha mehribancasına dizayn etməli idilər ki, personaj qərb bazarının ənənələrinə uyğun gəlsin. [110] İstehsalçılar oyunda Madonna ( マドンナ Madon'na. adlı bir qız baş qəhrəman və bir rok qrupu əlavə etmək istəyirdilər, ancaq "Sega" şirkətinin ABŞ qolunu təzyiqi ilə bu fikirlərdən imtina edildi. [102] İstehsal komandasından mənfi reaksiya almasına baxmayaraq, Yuci Naka lokalizatorların səyi nəticəsində edilən dəyişiklikləri dəstəkləmişdir. Onun dediyinə görə, bu dəyişikliklər seriyanın xeyrinə olmuşdur. [110] O həmçinin, Kirpi Sonik və Doktor Ayvo Robotnik arasında olan düşmənçiliyin təbiətin texnologiyanın inkişafı ilən olan mübarizəsini təmsil etdiyini bildirmişdir. [111] Səs aktyoru [ redaktə, əsas redaktə] Kirpi Sonik personajı ilk dəfə " SegaSonic the Hedgehog " və " Sonic the Hedgehog CD " video oyunlarında səsləndirilmişdir. Bu video oyunlarda onun səs aktyoru müvafiq olaraq, Takeşi Kusao və Keyko Utoku olmuşdur. [8] 9. Kirpi Sonikin macəraları. Kirpi Sonik " və " Sonik Anderqraund " cizgi seriallarında personajın səs aktyoru Cəlil Uayt olmuşdur. [112] 1996-cı ildə Yaponiya da personaja həsr olunmuş tammetrajlı bir OVA -nın premyerası gerçəkləşmişdir ki, bu OVA-da personajı Masami Kikuçi səsləndirmişdir. Üç il sonra OVA-nın ABŞ-da premyerası gerçəkləşdirmiş ki, OVA-nın bu versiyasında personajın səs aktyoru Martin Börk olmuşdur. [3] 1998-ci ildə satışa çıxarılmış " Sonic Adventure " video oyunundan başlayaraq personajı yapondilli medialarda Cuniçi Kanemaru səsləndirir. O. Sonic X " anime serialında da personajı səsləndirmişdir. [113] Buna baxayaraq. Sonic Unleashed " video oyununun bir epizodunda Kirpi Sonik qulyabanıya çevrilir və bu zaman personaj Tomokacu Seki tərəfindən səsləndirilir. [114] Video oyunlarda personajı ingilis dilində orijinal olaraq, Rayan Drammond səsləndirirdi, 115] fəqət " Sonic X " anime serialını ABŞ -da yayımlamaq hüququnu satın alan " 4Kids Entertainment " Kirpi Sonikin səs aktyoru olaraq Ceyson Qriffit i işə almışdır. Buna baxmayaraq, Drammond 2005-ci ilə qədər personajı video oyunların ingilis dilindəki buraxılışlarında səsləndirməyə davam etmişdir. 2005-ci ildə " Sega " şirkəti bütün " Sonic the Hedgehog " personajlarının səs aktyorlarını " 4Kids TV " telekanalındakı səs aktyorları ilə dəyişdirmişdir. [116] 2010-cu ildə "Sega" şirkəti "4Kids TV" ilə olan müqaviləsini yeniləməmiş və " Studiopolis " ilə əməkdaşlıq etməyə başlamışdır. 2010-cu ildə satışa çıxarılan " Sonic Free Riders " video oyunundan başlayaraq personajı ingilisdilli medialarda Rocer Kreyq Smit səsləndirir. [117] 2019-cu ildə yayımlanacaq " Kirpi Sonik " filmində personajı Ben Şvarts səsləndirəcək. [7] Sonic Generations " video oyundan başlayaraq, Kirpi Sonik yapon və ingilis dil lərinə əlavə olaraq, fransız ( Aleksandr Jilet) alman ( Mark Staxel) italyan ( Renato Novara) portuqal (Manolu Rey) və ispan (Yonatan Lopez) dillərində də səsləndirilir. [118] Qəbul və mədəni təsiri [ redaktə, əsas redaktə] Kirpi Sonikin " Sega " şirkətinin talismanı olması personajın dördüncü nəsil video oyun konsolları nda əldə etdiyi müvəfəqiyyətin və dünyanın ən məşhur video oyun personajlarından biri olmasının başlıca səbəblərindən biridir. [110] 119. Sonikin tarixi: Bir ikonanın doğulması " sənədli filmində şirkətin " Sega Technical Institute " diviziyasının dizayneri Piter Moravik 1990-cu illərin uşaqlarının Kirpi Sonik barədə Mario və Mikki Maus dan daha çox məlumat aldığını demişdir. [107] Kirpi Sonik xarici görünüşü və sürətli qaçmaq bacarığı ilə bütün dünyada şöhrət əldə etmişdir. [120] Nümunə olaraq. Electronic Gaming Monthly " jurnalının bir mütəxəssisi ilk " Sonic the Hedgehog " video oyununu gözdən keçirərəkən personajın sürətini " Ulduz yolu " franşizasındakı "Enterprayz NCC-1701" kosmos gəmisi ilə müqayisə etmişdir. [121] Keçmiş "Sega" meneceri Ken Balounun dediyinə görə. Sonic the Hedgehog " franşizası oyunçular sürətli bir platformer haqqında olan düşüncələrinin məhdudiyyətlərini məhv etmişdir. [120] Buna baxmayaraq, Sega" talismanının iştirak etdiyi növbəti layihələrdə istehsalçıların mütəmadi olaraq, üçölçülü qrafikalar dan istifadə etməsi tez-tez tənqid olunmuşdur. [122] Tənqidçilər Kirpi Sonikin yaradıcılığa fasilə verilməsinin lazımi olduğunu düşünürlər. Onların fikirlərinə görə istehsalçılar onu ya yeganə oynanıla bilən personaj olaraq saxlamalı, ya da ki, onu "tez bir ölüm" ilə təmin etməlidirlər. [123] 124] 125] Personajın xarici görünüşü " Sega " şirkətinin sponsorluq etdiyi bir neçə tədbirin də simvolu olmuşdur. 1994-cü ildən 1997-ci ilə qədər "Sega" CEF Yunayted İtixara Tiba" futbol klubu na sponsorluq etmişdir ki, bu dövrdə komanda heyətinin üzvləri üzərində Kirpi Sonikin rəsmi olan bir forma geyinirdilər. [126] 1993-cü ildə keçirilən Formula 1 çempionatıda "Sega" şirkəti " Uilyams " komandasına sponsorluq etmişdir. Bu komandanın sürücüsü Alen Prost həmin çempionatın qalibi olmuşdur. Kirpi Sonik personajı komandanın yarış avtomobillərində və sürücü kaskalarında təsvir olunurdu. [127] Kirpi Sonik 1993 Avropa Qran prisi zamanı reklam şarlarında və lövhələrində təsvir olunmuşdur. [126] 1993-cü ildə Kirpi Sonik " Macy's " univermaqının təşkil ediyi Şükran günü paradında nümayiş olunan ilk video oyun personajı olmuşdur. [119] Kirpi Soniki təsvir edən aerostat 2011-ci, 2012-ci və 2013-cü illərdə yenidən nümayiş olunmuşdur. [128] 129] 130] Kirpi Sonik həmçinin, Qızılgül paradı nda nümayiş oluann ilk video oyun personajıdır ki, o, paradda ilk dəfə 1996-cı ildə nümayiş olunmuşdur. [131] 2004-cü ildə personaj Qızıl Coystik mükafatları nda "Ən yaxşı personaj" mükafatına layiq görülmüşdür. [132] 2005-ci ildə Kirpi Sonik, Mario və Link Oyun xiyabanı na əlavə edilən ilk video oyun personajları idilər. [133] Əlavə olaraq, SHH (Sonic Hedgehog homolog) zülalı Kirpi Sonik personajının şərəfinə adlandırılmışdır. [134] 2008-ci ildə Böyük Britaniya da 500 nəfər arasında "ən məşhur video oyun personajı" sualı üzrə keçirilən sorğuda Kirpi Sonik səslərin 24% i ilə birinci, 135] rəqibi Mario isə səslərin 21% i ilə ikinci olmuşdur. [136] 2008-ci ilin axırlarında " MSN " tərəfindən "ən tanınmış video oyun personajı" sualı üzrə keçirilən sorğuda Kirpi Sonik birinci yeri tutmuşdur. [137] 2010-cu ildə " Nintendo Power " jurnalının redaktorları özlərinin ən sevimli altıncı personajı adlandırmışdır. [138] Ginnesin Rekordlar Kitabı nın 2011-ci ildə nəşr edilmiş buraxılışında verilən "ən yaxşı 50 video oyun personajı" başlıqlı siyahıda Kirpi Sonik 10-cu yeri tutmuşdur. [139] GameDaily " tərəfindən hazırlanan "ən yaxşı 10 Super Smash Bros. Brawl personajı" siyahısında 9-cu yeri tutmuşdur. [140] 2009-cu ildə " IGN " saytı hazırladığı "dəyəri ən çox şişirdilmiş 10 video oyun personajı" başlıqlı siyahısında Kirpi Soniki 3-cü yerə, 123. Cheat Code Central " isə hazırladığı eyniadlı siyahıda personajı 7-ci yerə layiq görmüşdür. [125] Qeydlər [ redaktə, əsas redaktə] ↑ " Sonic " franşizası 2011-ci ilin iyun ayında əldə edilən statistik məlumatlara əsasən, 80. [20] Əlavə olaraq, 2012-ci ilin mart ayının sonlarında əldə edilən statistik məlumatlara əsasən. Mario & Sonic at the London 2012 Olympic Games " video oyunu 3. 280. 000 nüsxə. Sonic Generations " video oyunu isə 1. 850. [21] Üstəlik, 2013-cü ilin mart ayının sonlarında əldə edilən statistik məlumatlara əsasən. Sonic & All-Stars Racing Transformed " video oyunu 1. 360. [22] 2014-cü ilin mart ayında əldə edilən statistik məlumatlara əsasən. Sonic Lost World " video oyunu 710. [23] 2015-ci ilin mart ayında əldə edilən statistik məlumatlara əsasən. Sonic Boom: Rise of Lyric " və " Sonic Boom: Shattered Crystal " video oyunları cəmi sold 620. [24] ↑ " Sonic the Hedgehog Super Interactive Annual 2014 " kitabına görə, Kirpi Sonik 23 iyun tarixində Milad adası nda anadan olmuşdur. [30] Video oyunların əksəriyyətində əsas süjet xətti Yer planetinə çox bənzəyən bir planetdə cərəyan edir. İstinadlar [ redaktə, əsas redaktə] ↑ 1 2 Stüart, Kit (2014. Sega Mega Drive/Genesis: Collected Works. Read-Only Memory. səh. 20—24. — ISBN 978-0-9575768-1-0 ↑ "ソニックというキャラクター性を表現しやすくしたかった" yapon. Sonic Channel. 23 mart 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019. ölü keçid] ↑ 1 2 "Martin Burke. ingilis. Behind the Voice Actors. 19 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Orr, Con. "Seen and heard: The wide-ranging career of Ryan Drummond. The Mercury News. 31 iyul 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Martin, Teron (16 dekabr 2013. Zetman Blu-Ray. Anime News Network. 25 dekabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ 1 2 "English Video Game Actors Join Disney's Wreck-It Ralph Cast. 9 avqust 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ 1 2 3 4 Kroll, Castin (8 avqust 2018. Ben Schwartz to Voice 'Sonic the Hedgehog' in Upcoming Movie (EXCLUSIVE. Variety. 11 fevral 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ 1 2 Sonic Team, Sega AM3 (1 iyun 1993. SegaSonic the Hedgehog (yapon. Sega System 32. Sega. ↑ 1 2 Sonic Team (23 sentyabr 1993. Sonic the Hedgehog CD (yapon. Sega Mega-CD. Sega. ↑ "Fiche d'Alexandre Gillet. fransız. RS Doublage. 6 aprel 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Genna, Antonio. "Renato Novara" italyan. 12 dekabr 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ "Marc Stachel. alman. Deutsche Synchronkartei. 8 mart 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Lima, David Denis; Laboa (30 mart 2006. The O. C. – O sucesso de um estranho no paraíso. portuqal. ohaYO. 4 yanvar 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ 1 2 3 "ソニックチャンネル/キャラクター/ソニック" yapon. 22 iyun 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019. ↑ 1 2 3 "Sonic Channel. Characters: Sonic (yapon. Sega. 7 mart 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019. ↑ Horovits, Ken (22 iyun 2006. Sega Stars: Yuji Naka. 14 noyabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Kennedi, Sem. "The Essential 50: Sonic the Hedgehog. ingilis. 22 avqust 2004 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Deyvis, Kameron; Şumeyker, Bred. "The History of Sonic the Hedgehog. GameSpot. 15 iyul 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ "Annual Reports 2014" PDF. Sega Sammy Holdings. 27 iyul 2017 tarixində orijinalından ( PDF) arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019. ↑ Smit, Ceymin (23 iyun 2011. Sonic the Hedgehog celebrates his 20th birthday. VideoGamer. 8 noyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ "Appendix of Consolidated Financial Statements Year Ended March 31, 2012" PDF. 11 may 2012. səh. 6. İstifadə tarixi: 8 mart 2019. ↑ "FY Ended March 2013 Full Year Results Presentation" PDF. 2013-05-13. səh. 21. İstifadə tarixi: 2016-09-08. ↑ "FY Ended March 2014 Full Year Results Presentation" PDF. 12 may 2014. İstifadə tarixi: 8 mart 2019. ↑ "Appendix of Consolidated Financial Statements Year Ended 31 mart 2015" PDF. 11 may 2015. İstifadə tarixi: 8 mart 2019. ↑ 1 2 Terada, Kenci. (w. "エイミー姫をすくえ. Sonic the Hedgehog (1992) Shogakukan. ↑ Fullerton, Şarlott (2007. Desperately Seeking Sonic. Grosset & Dunlap. səh. 48. — ISBN 978-0-448-44479-6 ↑ "The Absolute Worst Sonic Moments. GamesRadar. 13 aprel 2008. 16 iyul 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019. ↑ "Interview with Yuji Naka: the Creator of Sonic the Hedgehog. Sega Visions: 20–21. avqust/sentyabr. ↑ Penders, Ken (w) Valentino, Cim (i. Sonic Super Special 7: 42/3 (17 noyabr 2004) Archie Comics ↑ Pedigree Books (2013. Sonic the Hedgehog Super Interactive Annual 2014. Pedigree Publishers. səh. 14. Sonics birthday is June 23nd and he was born on Christmas Island — ISBN 978-1908152077 ↑ Penders, Ken (i) Penders, Ken (col. "Brave New World" Sonic Super Special #2 (Sentyabr 1997) Archie Comics ↑ Kitinq, Naycel (w) Elson, Riçard (a) Fil, Elitta (let. "The Origin of Sonic" Sonic the Comic #8 (4 sentyabr 1994) Fleetway Editions Ltd. ↑ Hiqqins, Monika (1999. Character Introductions. Sonic Adeventure " üçün oyun təlimatı. səh. 18. ↑ Niino, Makoto. (2004. Team Introductions. Sonic Heroes " üçün oyun təlimatı. səh. 4. ↑ "Tails. yapon. 12 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ "Knuckles. 1 avqust 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ "Amy Rose. İstifadə tarixi: 8 mart 2019. ↑ "Dr. Eggman. İstifadə tarixi: 8 mart 2019. ↑ Subotnik, Mark (1997. Let's Jam. Sonic Jam " üçün oyun təlimatı. səh. 7. ↑ 1 2 Çilyurik, Sergey (13 dekabr 2010. Sonic the Hedgehog 4: Episode I. rus. 3 may 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ 1 2 Kelli, Neon (23 fevral 2009. Revealed: Why Sonic Can't Swim" ingilis. 25 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ "Reach for the Rings. Sonic the Hedgehog " üçün oyun təlimatı. 1991. səh. 4–5. ↑ "Super Sonic. 22 avqust 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ölü keçid] ↑ " Rad Mobile. Arcade Museum. 203 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ "«Crush Dr. Robotnik». səh. 2. ↑ "Amy Rose. IGN. İstifadə tarixi: 8 mart 2019. ↑ Buçanan, Levi (20 fevral 2009. Where Did Sonic Go Wrong? 2-ci səhifə. ingilis. 17 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Shadzter. (23 fevral 2012. Tails Limited to 2 Player Mode in Sonic 4: Episode II. The Sonic Stadium. İstifadə tarixi: 8 mart 2019. ↑ "ゲームギア. 22 iyul 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ "ゲームボーイアドバンス. İstifadə tarixi: 8 mart 2019. ↑ "ニンテンドーDS. İstifadə tarixi: 8 mart 2019. ↑ "ニンテンドー3DS. İstifadə tarixi: 8 mart 2019. ↑ " Sonic Adventure. 20 oktyabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2019. ↑ Bartolou, Piter. (31 dekabr 1998. Sonic Adventure Review. 19 aprel 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Sakuta, Yoşihro; Nişimura, Takaşi; Osava, Hiroki (2002. «Prologue». Sonic Adventure 2 Battle " üçün oyun təlimatı. səh. 4—5. ↑ Sakuta, Yoşihro; Nişimura, Takaşi; Osava, Hiroki (2004. «Enemies». səh. 12. ↑ "«Principal Characters». 2006. səh. 6. ↑ Qolubev, Aleksey (1 mart 2009. Sonic Unleashed. rus. « ». 15 fevral 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Marriott, Skott Alan. Sonic Colors. AllGame. 10 dekabr 2014 tarixində orijinalından arxivləşdirilib. ölü keçid] ↑ Clumsyorchid. (18 aprel 2011. Celebrate 20 years of Sonic with Sonic Generations. SEGA Blog. 6 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Sonic Team (29 oktyabr 2013. Sonic Lost World. Wii U/Nintendo 3DS. Səviyyə/ərazi: «Opening Sequence». Sonic: Whoa, what's that in the clouds? Tails: That must be the Lost Hex. COOL! Sonic: Less LOOKING, more LANDING! Tails: Alright, I can land this, but it's gonna be bumpy! ↑ Kellie. (29 may 2013. Rise Against the Deadly Six in Sonic Lost World. İstifadə tarixi: 8 mart 2019. ↑ Rositano, Cozef (5 mart 2007. Sonic and the Secret Rings Interview. PALGN. 20 dekabr 2013 tarixində orijinalından arxivləşdirilib. ölü keçid] ↑ Qolubev, Aleksey (17 2009. Sonic and the Black Knight. rus. 24 iyun 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Sonic Team (22 noyabr 1996. Christmas Nights into Dreams. SEGA. Səviyyə/ərazi: «Spring Valley». ↑ Valcalo, Deyvid (24 dekabr 2012. Still Playing — Christmas Nights into Dreams. Edge. 29 dekabr 2014 tarixində orijinalından arxivləşdirilib. ölü keçid] ↑ Hetfild, Demon (16 sentyabr 2008. Samba de Amigo Review (Wii. 3 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ "Sonic. Smash Bros. Dojo. İstifadə tarixi: 8 mart 2019. ↑ " " rus. - Super Smash Bros. Nintendo 3DS Wii U. 2 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ " Mario & Sonic at the Olympic Games. 10 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ " Mario & Sonic at the Olympic Winter Games (Wii. 6 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ " Mario & Sonic at the London 2012 Olympic Games (Wii. 25 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Tompson, Skott (8 noyabr 2013. Mario & Sonic at the Sochi 2014 Olympic Winter Games Review. 28 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Lüis, Ed (29 oktyabr 2004. Sega Superstars. 21 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Krupa, Danyel (30 aprel 2012. Sega Unveils Sonic & All-Stars Racing Transformed. 4 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Miller III, Rendi (25 iyun 2007. The Adventures of Sonic the Hedgehog: Volume 1. DVD Talk. İstifadə tarixi: 8 mart 2019. ↑ Duqlas, Todd Kiçik (2 mart 2007. Sonic the Hedgehog — The Complete Series. 14 oktyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Kornelius (7 yanvar 2008. Sonic Underground: The Series. 8 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Şepard, Kris. "Sonic the Hedgehog: The Movie. 26 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Gilbert, Henri (25 yanvar 2013. 15 Esoteric Game-to-Anime Adaptations Worth Discovering. İstifadə tarixi: 8 mart 2019. ↑ Cons, Tim. Sonic X. Them Anime Reviews. İstifadə tarixi: 8 mart 2019. ↑ " ソニックX. TV Tokyo. 6 oktyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ " Sonic Unleashed Night of the Werehog Short Film. G4. 24 noyabr 2008. 3 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Uritenur, Ceykob (4 oktyabr 2014. Sonic Boom Will Air on Cartoon Network in November. Hardcore Gamer. İstifadə tarixi: 8 mart 2019. ↑ Kellie. (2 oktyabr 2013. Sonic Boom (Working Title) — a New Animated Series Coming Fall 2014" ingilis. 5 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2019. ↑ Vespe, Erik (13 iyul 2012. Wreck-It Ralph Shows 10 Minutes at Comic Con and Wins the Audience by Being the Who Framed Roger Rabbit for Video Game Geeks. Aint It Cool News. 26 iyul 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Berri (2 avqust 2011. SEGA in the Media: Sonic and the Simpsons. SEGABits. 7 fevral 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Parfitt, Ben (29 sentyabr 2011. Sonic joins The Simpsons. MCV UK (ingilis. Future Publishing Limited Quay House. 9 mart 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Sigel, Tatiana (10 iyun 2014. Sonic the Hedgehog' Movie in the Works at Sony. The Hollywood Reporter. 27 avqust 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Kit, Boris (31 oktyabr 2016. Deadpool' Director Shifts to Sony's 'Sonic the Hedgehog' Movie (Exclusive. 15 fevral 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 2, 2016. ↑ Frank, Alleqra (22 fevral 2018. Sonic the Hedgehog film dated for November 2019 (update. Polygon. 16 iyun 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ "Back Issues Zone. Sonic the Comic Online. 27 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Titans Creed. "Community Spotlight: Sonic the Comic — Online. Last Minute Continue. 21 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ pedrovay2003. (3 aprel 2009. Expanded Universes: Sonic the Hedgehog Comics and Cartoon. Destructoid. 19 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ " Sonic the Hedgehog Enter Book of World Records. ComicList. 7 iyul 2008. İstifadə tarixi: 9 mart 2019. ↑ Alverson, Brigid. (11 may 2011. Archie Comics Launches New Sonic Graphic Novel Series. Publishers Weekly. İstifadə tarixi: 9 mart 2019. ↑ Şuqarbeyker, Allan (24 sentyabr 2001. Interviews: James Wallis. İstifadə tarixi: 9 mart 2019. ↑ Norimomo, Sanqo (w. Sonic the Hedgehog (1992—1993) Shogaku Ninensei ↑ "Yuji Naka and Naoto Oshima Interview by Saturn Power (July 1997. Sonic Retro. iyul 1997. 24 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ " . 25 iyun 2011. İstifadə tarixi: 9 mart 2019. ↑ 1 2 Retro Gamer (fevral 2012. The Making of Sonic the Hedgehog. ingilis) 100. London: Imagine Publishing: 46–49. ↑ 1 2 Kleyborn, Semyuel (26 iyun 2014. 21 Crazy Facts About Sonic and the Console War He Started. 24 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Şeffild, Brendon (4 dekabr 2009. Out of the Blue: Naoto Ohshima Speaks (2-ci səhifə. Gamasutra. İstifadə tarixi: 9 mart 2019. ↑ Eşkraft, Brayn (7 dekabr 2009. Sonic's Shoes Inspired by Michael Jackson. Kotaku. 30 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ "Playback 94: The King of Pop was the King of Games. Yahoo! Games. 9 dekabr 2009. 22 dekabr 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ölü keçid] ↑ 1 2 Retro Gamer — The Mega Drive Book (2013. Sonic Boom: The Success Story of Sonic the Hedgehog. ingilis. London: Imagine Publishing: 31. ↑ 1 2 The Sonic Show. "Sonic: History of a Icon" ingilis. YouTube. İstifadə tarixi: 9 mart 2019. ↑ Game Informer (avqust 2003. Sonic' s Architect: GI Interviews Hirokazu Yasuhara" ingilis) 124) 13. GameStop: 114–116. ↑ "Masato Nakamura Interview. Sonic Central. 30 iyun 2009 tarixində orijinalından arxivləşdirilib. ölü keçid] ↑ 1 2 3 gametap. Sonic the Hedgehog GameTap Retrospective ( 1. ingilis. 26 fevral 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Uillmot, Rey (13 oktyabr 2010. Interview: Yuji Naka. This is My Joystick. İstifadə tarixi: 9 mart 2019. ↑ Erikson, Hal (2005. Television Cartoon Shows: The Shows, M-Z. McFarland & Co. 758. — ISBN 0-786-42256-4 ↑ Doy, Hitoşi. "Kanemaru Junichi Roles. publisher=Hitoshi Dois Seiyuu Database. 11 oktyabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Sonic Team (18 noyabr 2008. Sonic Unleashed (ingilis. PlayStation 3 / Xbox 360 /Wii/ PlayStation 2. Sega. ↑ Sonic Team (23 dekabr 1998. Sonic Adventure (ingilis. Dreamcast / GameCube / FK / PlayStation 3 / Xbox 360. Səviyyə/ərazi: «Credits». ↑ Cosselin, Svend (12 sentyabr 2005. Sonic Voiceover Cast Replaced. İstifadə tarixi: 9 mart 2019. ↑ Kellie. (15 iyul 2010. Out of the Mouths of Hedgehogs. 27 iyul 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Sonic Team (1 noyabr 2011. Sonic Generations (ingilis. Sega. ↑ 1 2 Kenned, Sem. "The Essential 50 Part 28 — Sonic the Hedgehog. 1 yanvar 2014 tarixində orijinalından arxivləşdirilib. ölü keçid] ↑ 1 2 " Sonic the Hedgehog Q&A. 8 sentyabr 2009. İstifadə tarixi: 9 mart 2019. ↑ " Sonic the Hedgehog (16-bit) Magazine Articles. 22 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ Bört, Endi (8 yanvar 2009. Why Sega Doesn't Care When Sonic Sucks. GamePro. 26 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi. ↑ 1 2 Schedeen, Jesse. (24 aprel 2009. Top 10 Most Overrated Videogame Characters. 28 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2019. ↑ Parij, Ceremi (2 dekabr 2007. Hit Reset: How Sega Can Save Sonic the Hedgehog. 19 iyul 2012 tarixində orijinalından arxivləşdirilib. ölü keçid] ↑ 1 2 Vinsent, Brittani. "Top 10 Most Overrated Video Game Characters. Cheat Code Central. 25 noyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019. ↑ 1 2 " Sonic the Hedgehog Museum — 1993. The Green Hill Zone. İstifadə tarixi: 9 mart 2019. ↑ "Formula One Motor Racing FAQ (2-ci səhifə. Internet FAQ Archives. İstifadə tarixi: 9 mart 2019. ↑ Kellie (23 noyabr 011. See Sonic in the Macy's Thanksgiving Day Parade. 210 fevral 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2019. ↑ Kellie. (21 noyabr 2012. Celebrate Thanksgiving with Sonic the Hedgehog. İstifadə tarixi: 10 mart 2019. ↑ Oliver, Tristan. (29 noyabr 2013. Sonic's Showcase at the Macy's Thanksgiving Day Parade. TSSZ News. İstifadə tarixi: 10 mart 2019. ↑ Xandelval, Avani (24 iyun 2014. Watch Sega's Tribute Video That Marks 23 Years of Its Star Character Sonic the Hedgehog. DNA India. İstifadə tarixi: 10 mart 2019. ↑ "Golden Joystick Awards 2004 Divide the Nation. 5 noyabr 2004. 27 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2019. ↑ Zakheym, Ben (9 mart 2005. Walk of Game Recognizes the Legends, Arcade Stays Open. Engadget. İstifadə tarixi: 10 mart 2019. ↑ Yarris, Linn (5 noyabr 2004. Sonic the Hedgehog and the Fate of Neural Stem Cells. İstifadə tarixi: 10 mart 2019. ↑ Mur, Metyu (21 oktyabr 2008. Sonic Voted Favourite Character in UK. The Daily Telegraph. İstifadə tarixi: 10 mart 2019. ↑ Corc Ba-oh (22 oktyabr 2008. Sonic Trounces Mario in UK Favourites Poll at C3 News. Cubed3. İstifadə tarixi: 10 mart 2019. ↑ Duqlas, Ceyn. "Top 10 Iconic Game Characters. UK MSN Tech & Gadgets. 2 noyabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2019. ölü keçid] ↑ Nintendo Power (2010. Nintendo Power 250th Issue. Future US. səh. 40—41. ↑ Li, Qarnett (16 fevral 2011. Guinness Book Names «Top 50 Video Game Characters of All Time». Shacknews. İstifadə tarixi: 10 mart 2019. ↑ "Top 10 Super Smash Bros. Characters. GameDaily. 26 fevral 2008 tarixində orijinalından arxivləşdirilib. ölü keçid] Xarici keçidlər [ redaktə, əsas redaktə] Personajın profili (yap. — Sonic Channel saytında. Kirpi Sonik (ing. — IMDb səhifəsi. Personajın izahı (ing. — Giant Bomb saytında. Personajın izahı (ing. — Sonic Retro internet ensiklopediyasında. Personajın izahı (ing. — Sonic News Network viki-layihəsi ndə: Sonic the Hedgehog komiksində; Sonic the Comic komiksində; Sonic X cizgi serialında; Sonic Underground cizgi serialında; Adventures of Sonic the Hedgehog cizgi serialında; Sonic Boom cizgi serialında.
Kirpi sonic watch free games.
Kirpi sonic watch free movies.
Kirpi sonic watch free episodes. YouTube. Kirpi Sonic Watch free online. Kirpi sonic watch free movie. Kirpi sonic watch free full.
Kirpi Sonic Watch free web site
Kirpi sonic watch free play. Kirpi Sonic Watch freedom. Kirpi sonic watch free watch. Kirpi sonic watch free 2. Kirpi sonic watch free game. Kirpi sonic watch free download. Kirpi Sonic Watch free mobile. Kirpi Sonic Watch. Kirpi sonic watch free 2017. Kirpi Sonic Watch free download. Kirpi sonic watch free english. Kirpi sonic watch free trial. Kirpi sonic watch free stream.
Kirpi sonic watch free hd. Kirpi sonic watch free pc. Kirpi Sonic Watch free. Kirpi Sonic Watch free web. Kirpi sonic watch free online. Kirpi sonic watch free youtube. Kirpi sonic watch free live.
- https://seesaawiki.jp/nbaruki/d/Sonic%20the%20Hedgehog%20Free%20Movie%20Without%20Paying%20yesmovies%20countries%20USA
- https://ameblo.jp/antorizu/entry-12573601551.html
- seesaawiki.jp/narufuku/d/Movie%20Sonic%20the%20Hedgehog%20Without%20Membership%20Full%20Movie%20no%20login
- https://ruienko.therestaurant.jp/posts/7726046
- 2020/020801-sonic-the-hedgehog-free-dual-audio-solarmovie-without-signing-up.php
- https://seesaawiki.jp/yaritsuka/d/Sonic%20the%20Hedgehog%20Watch%20Full%20mkv%20720px%20Without%20Signing%20Up%20Without%20Registering
- www.goodreads.com/group/show/1071642-watch-movie-sonic-the-hedgehog-720px-solarmovie-japan-gostream-without-s
- www.goodreads.com/group/show/1071522-watch-online-sonic-the-hedgehog-hd-sci-fi-genres-usa-openload-without-pa
- https://seesaawiki.jp/giwaruga/d/Watch%20Free%20Sonic%20the%20Hedgehog%20tamil%20Online%20Pirate%20Bay%20Free%20amazon
- https://ameblo.jp/zumakuwan/entry-12573569233.html
//
0 comentarios